Hüquq xidmətləri çərçivəsində, məhkəmə çəkişmələri, miqrasiya, vergi, gömrük məsələləri və müqavilələrin tərtibi kimi hüquqi problemlərin operativ həllini təmin edirik.
Cinayət, mülki, inzibati və digər işlərdə təmsilçilik , məhkəmə çəkişmələrində uğurlu nəticə əldə edilməsi, icra və probasiya şöbələrində məhkəmə icra sənədlərinin operativ icra edilməsi, hüquq-mühafizə orqanlarında partnyor şirkətlərin hüquqlarının qorunması, vergi, gömrük, miqrasiya orqanları ilə əlaqəli məsələlərin həll edilməsi, əmək münasibətləri zəminində yaranmış halların aradan qaldırılması və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi, mübahisənin tərəflər arasında həll edilməsi mümkün olmadıqda ilkin olaraq mediasiya təşkilatına müraciət edilməsi və orada təmsil etmə, hər növ müqavilələrin tərtibi və ekspertizası, audit yoxlamalarının aparılması və bu kimi digər işlərin icrası;
Hüquq xidmətləri aşağıdakı əsas sahələri əhatə edə bilər:
- Cinayət hüququ: Şəxslərin cinayət işlərində müdafiəsi, hüquqi təmsilçilik.
- Mülki hüquq: Əmlak, mülkiyyət, müqavilə hüquqları və mübahisələrin həlli.
- Ailə hüququ: Boşanma, uşaq hüquqları, aliment, qəyyumluq kimi məsələlər.
- Korporativ hüquq: Şirkətlərin hüquqi dəstəyi, müqavilələr, əmək hüquqları və vergi məsələləri.
- Əmək hüququ: İşçilər və işəgötürənlər arasında hüquqi mübahisələr.
- Gömrük və miqrasiya hüququ: Miqrasiya prosedurları, vətəndaşlıq, yaşayış icazələri.
Hüquq xidmətlərinə ehtiyacınız varsa, ixtisaslaşmış hüquqşünaslara müraciət etməklə düzgün hüquqi dəstək ala bilərsiniz.