Azərbaycanda və dünyada daşınmaz əmlak üzrə müxtəlif xidmətlər təqdim edən professional şirkətdir. “AA Legal” – Azərbaycanda və dünyada daşınmaz əmlak üzrə xidmətlər təqdim edən şirkətdir. Bizim bütün dünyada güclü və nüfuzlu beynəlxalq tərəfdaşlarımız var – Türkiyə, Rusiya, İtaliya, İsrail, ABŞ və Böyük Britaniyadan BƏƏ-dək. Biz Sizə seçim etməkdə yardımçı olacayıq.
Daşınmaz əmlakın alqı-satqısı hüquqi tənzimləməyə malik mürəkkəb prosesdir və bu prosesdə hüquqi dəstək önəmli rol oynayır. Alqı-satqı prosesi zamanı nəzərə alınmalı əsas hüquqi addımlar aşağıdakılardır:
Daşınmaz əmlakın yoxlanışı: Əmlakın hüquqi vəziyyəti yoxlanılmalı, yəni onun üzərində hər hansı yüklülüyün, ipoteka və ya borcun olub-olmaması araşdırılmalıdır.
Əmlakın qiymətləndirilməsi: Mütəxəssislər tərəfindən əmlakın bazar dəyəri qiymətləndirilməli və tərəflər bu dəyəri razılaşdırmalıdır.
Alqı-satqı müqaviləsinin hazırlanması: Hüquqi tələblərə uyğun olaraq rəsmi alqı-satqı müqaviləsi hazırlanmalı və burada bütün şərtlər, öhdəliklər və tərəflərin hüquqları dəqiq əks olunmalıdır.
Notarial təsdiq: Müqavilə notarius vasitəsilə təsdiq olunmalıdır, çünki daşınmaz əmlak alqı-satqısı yalnız notarial qaydada rəsmiləşdirildikdə hüquqi qüvvəyə malik olur.
Daşınmaz əmlakın dövlət qeydiyyatı: Müqavilə imzalandıqdan sonra əmlakın yeni sahibi mülkiyyət hüququnu təsdiq edən dövlət qeydiyyatı aparmalıdır. Bu proses Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində həyata keçirilir.
Vergi və rüsumlar: Alqı-satqı ilə bağlı dövlət rüsumları və vergilər ödənilməlidir.
Daşınmaz əmlak alqı-satqısı zamanı hüquqi dəstək almaq, tərəflərin hüquqlarını qorumaq və sonradan yarana biləcək problemlərin qarşısını almaq baxımından çox önəmlidir. Peşəkar hüquqşünaslar müqavilənin düzgün tərtibində, əmlakın yoxlanışında və qeydiyyat prosesində kömək edə bilərlər.